Ukraynaya yardım aksiyasına həmrəy olanlara təşəkkür edirik!

  29 İyul, 2016

28 iyul 2016-cı il tarixində Azərbaycan Ukrayna Konqressi Y.L. Osadçenkonun rəhbərliyi altında  Ukrayna səfirliyinə , Ukrayna Respublikasının ərazi bütovlüyü və suverenliyinin müdafiəsində duranlara, öz evlərini məcburi atmış insanlar üçün geyim və qida məhsulları vermişdir.

    Ukraynanın səfiri A.P. Mişenko yardıma görə Ukrayna diasporasına təşəkkürünü bildirdi və əmin etdi ki, yaxın günlərdə bunlar Ukraynaya göndəriləcəkdir. Diplomatik missiyanın rəhbəri qeyd etdi ki ,hazırki şəraitdə göstərilən yardım kiminsə həyatını xilas edə bilər və ya sağlamlığını qoruyar.

     Y.L. Osadcenko qeyd etdi ki , Ukrayna diasporası yuxarıda göstərilən kateqoriyadan olan ukraynalı şəxslərə yardım aksiyasını hələlik dayandırmır və bütün şəxsləri bu aksiyaya qoşulmağa dəvət edir.

    Ukraynaya yardımla bağlı suallara saat 10:00-dan 19:00-a qədər Azərbaycan Ukrayna Konqressinin mətbuat katibi Məlahət Eyyubovaya +994 55 455 02 05 nömrəsinə zəng vurmaqla müraciət etmək olar.

Biz sosial şəbəkələrdə