SAMU rəhbəri ilə görüş

  21 İyul, 2016

19 İyun, çərşənbə axşamı Ukraynanın Azərbaycan Respublikasındakı  Səfirliyində Ukrayna Konqressinin Sədri Y. Osadçenko ilə Ukrayna Azərbaycan Gənclər Birliyinin rəhbəri İlhamə Allahverdiyeva arasında görüş baş tutmuşdur.

İlhamə Allahverdiyeva SAMU-nin köməkliyi ilə ukraynalı tələbələr üçün buraxılan dərslikləri təqdim etmişdir.

Ukrayna Azərbaycan Konqressinin Sədri Y. Osadçenko da öz növbəsində Ukrayna Konqressinin nailiyyətlərindən, onun idarəetmə qrupunun seçkilərindən, onların lazimi qaydada qeydiyyatdan keçirilməsindən və nəticədə Ukrayna Azərbaycan Konqressinin bu gün üçün Azərbaycan Qanunvericiliyinə uyğun yeganə Ukrayna Birliyi olaraq fəaliyyət göstərməsindən danışmışdır.Y. Osadçenko həmçinin az bir müddət keçməsinə baxmayaraq UAK-nin Azərbaycanda yaşayan ukraynalılar arasında tanınmasından da bəhs etmişdir.

İ. Allahverdiyeva və Y. Osadçenko UAK-i ilə SAMU-arasında təcrübələrin bölüşdürülməsi üçün telekörpü əlaqələrinin yaradılması haqqında məlumat vermişdilər. Hətta gələcək əməkdaşlıq alqoritmi razılaşdırılmış və avqust ayının axırları Ukrayna Səfiri ilə SAMU-nin nümayəndələri arasında Kievdə görüş təyin olunmuşdur. 

Biz sosial şəbəkələrdə