Ukrayna Respublikasının hökumət nümayəndələrinin Azərbaycana səfəri baş tutmuşdur

  04 İyul, 2016

Ukrayna Baş Nazirinin müavini- Ukraynanın regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Q.Zubkonun başçılığı ilə 30.06 - 01.07.2016- ci il tarixində Ukrayna Respublikasının hökumət nümayəndələrinin Azərbaycana səfəri baş tutmuşdur.

Ukraynadan olan yüksək qonaqların səfərinin əsas məqsədi- birgə hökumətlərarası Ukrayna- Azərbaycan komissiyasının iqtisadi məsələlər üzrə əməkdaşlığının XI iclasının keçirilməsidir. Səfər çərçivəsində Ukrayna                baş nazirinin müavini Qennadiy Zubkonun, Azərbaycan Ukrayna Konqresinin rəhbəri Y.Osadçenko ilə qısa görüşü baş tutmuşdur.

Söhbət zamanı Y.Osadçenko diasporanın keçirdiyi tədbirlər və əldə olunan nəticələr, habelə təşkilatın açdığı sayt, Azərbaycan Ukrayna Konqresinin inkişaf perspektivləri və gənclərin təşkilata cəlb edilməsi planları barədə məlumatlar verilmişdir.

Öz növbəsində Q.Zubko təşkilatın fəaliyyətinin bərpası ilə əlaqədar aparılan genişmiqyaslı işləri müsbət  qiymətləndirdi və Konqresin üzvlərinə tarixi vətənləri olan Ukrayna ilə mədəni və humanitar əlaqələrin saxlanılmasına görə təşəkkür etdi.

Baş nazirin müavini Q.Zubko ayrıca olaraq Krım Muxtar Respublikasının işğalı və Rusiyanın Ukraynaya qarşı aqressiv siyasətinin tənqid edilməsinə və bu kontekstdə Ukraynanın müdafiəsi ilə bağlı Konqresin xidmətlərini xüsusi qeyd etdi.

Ukraynanın baş nazirinin müavini inanır ki, Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin apardığı multikulturalizm siyasətinin ruhuna uyğun olaraq, gələcəkdə Konqresin fəaliyyəti Azərbaycan və Ukrayna xalqları arasındakı dostluq və həmrəylik əlaqələrinin möhkəmlənməsinə köməklik göstərəcəkdir.

Biz sosial şəbəkələrdə