Ukrayna Prezidenti P.Poroşenko T.Şevçenkonun abidəsini ziyarət edib.

  15 İyul, 2016

14.07.2016-cı il tarixində Ukrayna Respublikasının Prezindenti  P.O.Poroşenkonun  Bakıya  rəsmi səfəri çərçivəsində T.Şevçenkonun abidəsi önünə gülqoyma mərasimi vaxtı Azərbaycanda Ukrayna icmasının fəalları ilə çox səmimi görüş keçirilib.

Yeni təşkil olunmuş Azərbaycan Ukrayna Konqresi, başda onun sədri Y.Osadçenko olmaqla 50-yə yaxın fəalları, Azərbaycan Krım-Tatar birliyinin nümayəndələri, habelə veteranlar təşkilatının sədri L.P.Pereviçki Ukrayna Respublikasının bayraqları ilə Ukrayna Respublikasının rəhbərini qarşıladılar.    Tədbirin gedişində Bakı-Slavyan universitetinin “Slavyanoçka” ansamblı, Ukrayna Konqresinin idarə heyətinin üzvü, BSU-nun nəzdində fəaliyyət göstərən Ukrayna mədəni-təhsil mərkəzinin direktoru L.Kərimovanın rəhbərliyi altında Ukrayna     mahnısı ifa edildi. P.Poroşenkonun səmimi və bürokratiyadan kənar dostluq şəraitində icma fəalları və uşaqlarla aparılan söhbəti, onlarla kollektiv və fərdi formada fotoşəkillərin çəkilməsi ilə nəticələndi.

Prezident Bakı və Azərbaycan xalqının qonaqpərvərliyindən, ukraynalılara olan yaxşı münasibətini qeyd etdi. P.Poraşenko iştirakçılara müraciət edərək Azərbaycan Ukrayna Konqresinin Ukrayna Respublikasına xarici təcavüzkardan aktiv müdafiəsinə görə təşəkkür etdi.

P.Poroşenko qeyd etdi ki, o, Azərbaycanın Ukrayna icmaları arasındakı şəraitlə tanışdır. Azərbaycan Ukrayna Konqresinin mövqeyini dəstəkləyərək,  Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyir və  ukraynalıları öz dövlətinin suverenliyi, ərazi bütövlüyü ideyası ətrafında birləşməyə çağırır.

P.Poroşenko Ukrayna icmasının Azərbaycanda özlərini müdafiə olunmuş hiss etsinlər deyə,  öz tərəfidən bütün imkanlardan istifadə edəcəyi vədini verdi. “Çox şadam ki, Azərbaycanda ruhən güclü Ukrayna icması yaşayır” dedi.

Azərbaycan Respublikası Prezidentinin “Gənclik” iqamətgahındakı rəsmi qəbulda Azərbaycan Ukrayna Konqresinin sədri Osadçenko Y.L., idarə heyətinin üzvü Qurtavenko P.P., BSU-nun nəzdində fəaliyyət göstərən Ukrayna mədəni-təhsil mərkəzinin direktoru  Kərimova.L.A., Perviçki L.P. iştirak etdilər.

 

 

 

Biz sosial şəbəkələrdə