AUK-nı yeni ofisi münasibətilə təbrik edirik

  20 Avqust, 2016

19 avqust, 2016-cı il də Ukraynanın regional inkişaf nazirinin müavini Roman Çuprinenkonun iştirakı ilə, nazirliyin binasında əslən azərbaycanlı olan Ukrayna vətəndaşı Adil Cəlilovla görüş keçirilmişdir.

A.Cəlilov Krımın Rusiya tərəfindən işğalından sonra, rusların vətəndaşlıq almaq təklifini qəbul etməyərək, öz işgüzar fəaliyyətini davam etdirmək üçün Sevastopol şəhərindən Kiyev şəhərinə gəlmişdir.

Görüş vaxtı nazir müavini Ukrayna hökuməti adından A.Cəlilova bu hərəkətinə və Azərbaycanın Ukrayna diasporasına öz ofisini verməklə lazımi şəraitin təminatına görə təşəkkürünü bildirmişdir.

Qeyd etməliyikki, A.Cəlilov Ukraynanın Azərbaycan Respublikasındakı səfiri A.Mişenkonun iştirakı ilə 25.07.2016-cı il tarixində Bakı şəhərində yerləşən şəxsi ofisini pulsuz olaraq AUK-nın idarə heyyətinin sədri Y.Osadçenkonun istifadəsinə vermişdir.

Nazir müavini ilə görüş vaxtı A.Cəlilov Ukraynada tikinti sahəsində fəaliyyəti ilə bağlı aztəminatlı şəxslər üçün öz biznes layihələrini  tanış etmişdir.

Biz sosial şəbəkələrdə