25 may 2016 ildə Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən Antonina Kopılovanın başçılıq etdiyi Suraxanı rayonu T.Q.Şevçenko adına Azərbaycandakı Ukrayna icması şöbəsi ilə birlikdə,  Respublika günü (28 may) münasibəti ilə Bakı şəhəri Suraxanı rayonunda etnomədəni tədbirdə Ukrayna stendinin təqdimatı təmin edilmişdir.

Həmin tədbir Heydər Əliyev aegisi altında Bakı şəhəri Suraxanı rayon icra hakimiyyəti və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən “Müxtəlif dünya millətlərinin birgəyaşayışının multikulturalizm və beynəlxalq ənənələri” mövzüsunda təşkil edilmişdir. 

İyunun 10-da Ukrayna Azərbaycan Konqresinin rəhbərliyi Ukrayna mədəniyyət və təhsil mərkəzini ziyarət edib.Diasporanin rəhbəri Osadçenko Y. mərkəzin direktoru L. Kərimovaya göstərdiyi məhsuldar fəaliyyəte görə minnətdarlığını bildirib.Həmçinin mədəniyyət mərkəzinin gələcəkdə daha da inkişaf etməyini arzu edib.

20 iyun Azərbaycan Ukrayna Konqresinin növbəti iclası keçirilib. Y. Osadçenko təşəbbüsü ilə və kongresdə iştirak edən üzvlərinin birgə  qərarı ilə konqresə yeni üzvlər seçilmişdir: Nəsirov Rasim və Nəcəfov Cahangir.Konqresin gələcək məhsuldar işləri üçün yeni məqsədlər və tapşırıqlar ortaya qoyulmuşdur.

Həmçinin iclas ərəfəsində yaxın zaman üçün tədbirlərin  planıda  tərtib olunmuşdur.

Heydər Əliyev Sarayında “Həmişə cavan” şüarı altında Beynəlxalq  musiqi müsabiqəsinin finalı keçirildi, onun qalibi gənç ukraynalı iştirakçı, «Голос Країни 2014»  layihəsinin qalibi Igor Grohotsky oldu.

Tədbirdə Ukraynanın Azərbaycan Respublikasındaki səfirliyinin nümayəndələri, şəxsən Səfir çənab A.Mişenko və Ukrayna Azərbaycan Konqresi, başda Y. Osadçenko olmaqla, Ukrayna diasporasının nümayəndələri qonaq oldular.

Müsabiqədə qeyd olunan ölkələrin nümayəndələri iştirak edildilər: Azərbaycan, Ukrayna, Türkiyə, Rusiya, Moldova, Braziliya, Qazaxıstan, Finlandiya, Rumıniya, Litva, Polşa, Belarus, Kolumbiya, Yunanıstan, İsrail, İngiltərə, Almaniya, Gürcüstan və Serbiya.

26 iyun 2016-cı il tarixində Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı səfiri A. Mişenkonun Ukrayna Konstitusiyasının  20 illiyi ilə bağlı ,  Bakı Dövlət Universitetinin hüquq fakultəsinin, « İnkişaf və sülh» ictimai birliyinin, Azərbaycanın Ukrayna Diasporasının , həmçinin «Atlas» siyasi araşdırmalar mərkəzinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

İclasın gedişində səfirlik Ukrayna Konstitusiyasının   qəbulu ilə bağlı arxiv video materilları nümayiş etdirmişdir.

Ukrayna Baş Nazirinin müavini- Ukraynanın regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Q.Zubkonun başçılığı ilə 30.06 - 01.07.2016- ci il tarixində Ukrayna Respublikasının hökumət nümayəndələrinin Azərbaycana səfəri baş tutmuşdur.

Ukraynadan olan yüksək qonaqların səfərinin əsas məqsədi- birgə hökumətlərarası Ukrayna- Azərbaycan komissiyasının iqtisadi məsələlər üzrə əməkdaşlığının XI iclasının keçirilməsidir. Səfər çərçivəsində Ukrayna                baş nazirinin müavini Qennadiy Zubkonun, Azərbaycan Ukrayna Konqresinin rəhbəri Y.Osadçenko ilə qısa görüşü baş tutmuşdur.

Söhbət zamanı Y.Osadçenko diasporanın keçirdiyi tədbirlər və əldə olunan nəticələr, habelə təşkilatın açdığı sayt, Azərbaycan Ukrayna Konqresinin inkişaf perspektivləri və gənclərin təşkilata cəlb edilməsi planları barədə məlumatlar verilmişdir.

Öz növbəsində Q.Zubko təşkilatın fəaliyyətinin bərpası ilə əlaqədar aparılan genişmiqyaslı işləri müsbət  qiymətləndirdi və Konqresin üzvlərinə tarixi vətənləri olan Ukrayna ilə mədəni və humanitar əlaqələrin saxlanılmasına görə təşəkkür etdi.

Baş nazirin müavini Q.Zubko ayrıca olaraq Krım Muxtar Respublikasının işğalı və Rusiyanın Ukraynaya qarşı aqressiv siyasətinin tənqid edilməsinə və bu kontekstdə Ukraynanın müdafiəsi ilə bağlı Konqresin xidmətlərini xüsusi qeyd etdi.

Ukraynanın baş nazirinin müavini inanır ki, Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin apardığı multikulturalizm siyasətinin ruhuna uyğun olaraq, gələcəkdə Konqresin fəaliyyəti Azərbaycan və Ukrayna xalqları arasındakı dostluq və həmrəylik əlaqələrinin möhkəmlənməsinə köməklik göstərəcəkdir.

14.07.2016-cı il tarixində Ukrayna Respublikasının Prezindenti  P.O.Poroşenkonun  Bakıya  rəsmi səfəri çərçivəsində T.Şevçenkonun abidəsi önünə gülqoyma mərasimi vaxtı Azərbaycanda Ukrayna icmasının fəalları ilə çox səmimi görüş keçirilib.

Yeni təşkil olunmuş Azərbaycan Ukrayna Konqresi, başda onun sədri Y.Osadçenko olmaqla 50-yə yaxın fəalları, Azərbaycan Krım-Tatar birliyinin nümayəndələri, habelə veteranlar təşkilatının sədri L.P.Pereviçki Ukrayna Respublikasının bayraqları ilə Ukrayna Respublikasının rəhbərini qarşıladılar.    Tədbirin gedişində Bakı-Slavyan universitetinin “Slavyanoçka” ansamblı, Ukrayna Konqresinin idarə heyətinin üzvü, BSU-nun nəzdində fəaliyyət göstərən Ukrayna mədəni-təhsil mərkəzinin direktoru L.Kərimovanın rəhbərliyi altında Ukrayna     mahnısı ifa edildi. P.Poroşenkonun səmimi və bürokratiyadan kənar dostluq şəraitində icma fəalları və uşaqlarla aparılan söhbəti, onlarla kollektiv və fərdi formada fotoşəkillərin çəkilməsi ilə nəticələndi.

Prezident Bakı və Azərbaycan xalqının qonaqpərvərliyindən, ukraynalılara olan yaxşı münasibətini qeyd etdi. P.Poraşenko iştirakçılara müraciət edərək Azərbaycan Ukrayna Konqresinin Ukrayna Respublikasına xarici təcavüzkardan aktiv müdafiəsinə görə təşəkkür etdi.

P.Poroşenko qeyd etdi ki, o, Azərbaycanın Ukrayna icmaları arasındakı şəraitlə tanışdır. Azərbaycan Ukrayna Konqresinin mövqeyini dəstəkləyərək,  Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyir və  ukraynalıları öz dövlətinin suverenliyi, ərazi bütövlüyü ideyası ətrafında birləşməyə çağırır.

P.Poroşenko Ukrayna icmasının Azərbaycanda özlərini müdafiə olunmuş hiss etsinlər deyə,  öz tərəfidən bütün imkanlardan istifadə edəcəyi vədini verdi. “Çox şadam ki, Azərbaycanda ruhən güclü Ukrayna icması yaşayır” dedi.

Azərbaycan Respublikası Prezidentinin “Gənclik” iqamətgahındakı rəsmi qəbulda Azərbaycan Ukrayna Konqresinin sədri Osadçenko Y.L., idarə heyətinin üzvü Qurtavenko P.P., BSU-nun nəzdində fəaliyyət göstərən Ukrayna mədəni-təhsil mərkəzinin direktoru  Kərimova.L.A., Perviçki L.P. iştirak etdilər.

 

 

 

19 İyun, çərşənbə axşamı Ukraynanın Azərbaycan Respublikasındakı  Səfirliyində Ukrayna Konqressinin Sədri Y. Osadçenko ilə Ukrayna Azərbaycan Gənclər Birliyinin rəhbəri İlhamə Allahverdiyeva arasında görüş baş tutmuşdur.

İlhamə Allahverdiyeva SAMU-nin köməkliyi ilə ukraynalı tələbələr üçün buraxılan dərslikləri təqdim etmişdir.

Ukrayna Azərbaycan Konqressinin Sədri Y. Osadçenko da öz növbəsində Ukrayna Konqressinin nailiyyətlərindən, onun idarəetmə qrupunun seçkilərindən, onların lazimi qaydada qeydiyyatdan keçirilməsindən və nəticədə Ukrayna Azərbaycan Konqressinin bu gün üçün Azərbaycan Qanunvericiliyinə uyğun yeganə Ukrayna Birliyi olaraq fəaliyyət göstərməsindən danışmışdır.Y. Osadçenko həmçinin az bir müddət keçməsinə baxmayaraq UAK-nin Azərbaycanda yaşayan ukraynalılar arasında tanınmasından da bəhs etmişdir.

İ. Allahverdiyeva və Y. Osadçenko UAK-i ilə SAMU-arasında təcrübələrin bölüşdürülməsi üçün telekörpü əlaqələrinin yaradılması haqqında məlumat vermişdilər. Hətta gələcək əməkdaşlıq alqoritmi razılaşdırılmış və avqust ayının axırları Ukrayna Səfiri ilə SAMU-nin nümayəndələri arasında Kievdə görüş təyin olunmuşdur. 

Diqqət!!!

  26 İyul, 2016

Diqqət!!!

Azərbaycanda yaşayan ukraynalıların və bizim tarixi Vətənimizdəki vəziyyətə biganə qalmayan hər bir kəsin nəzərinə.

Ukrayna Azərbaycan Konqressində Ukrayna ərazilərində ATO-nun iştirakçılarına, Donetsk və Luqanskadan müvəqqəti köçürülmüş şəxslərə, həmçinin müvəqqəti işğal olunmuş Krım ərazisinə  yardım aksiyası (uzun müddət saxlanıla bilən ərzaqlar konservlər, çay və s. hətta geyimlər) davam etməkdədir.

Ukrayna Azərbaycan Konqressi yardımın ilk hissəsini bu həftənin sonu (2016-cı il 29 İyuladək) göndərməyi planlaşdırır. Bununla bağlı arzu edən hər kəsi göstərən aksiyada iştirak etməyə çağırırıq.

Ukraynaya göstəriləcək yardım haqqında bütün ətraflı məlumatları saat 10.00-dan 19.00-dək Ukrayna Diasporasının Azərbaycandakı mətbuat katibi Məlahət Eyyubovaya +994 55 455 02 05 nömrəyə zəng edərək ala bilərsiniz.

 Bu çətin zamanda Ukraynaya göstərəcəyi dəstəyə görə hər bir kəsə təşəkkürümüzü bildiririk!
 

28 iyul 2016-cı il tarixində Azərbaycan Ukrayna Konqressi Y.L. Osadçenkonun rəhbərliyi altında  Ukrayna səfirliyinə , Ukrayna Respublikasının ərazi bütovlüyü və suverenliyinin müdafiəsində duranlara, öz evlərini məcburi atmış insanlar üçün geyim və qida məhsulları vermişdir.

    Ukraynanın səfiri A.P. Mişenko yardıma görə Ukrayna diasporasına təşəkkürünü bildirdi və əmin etdi ki, yaxın günlərdə bunlar Ukraynaya göndəriləcəkdir. Diplomatik missiyanın rəhbəri qeyd etdi ki ,hazırki şəraitdə göstərilən yardım kiminsə həyatını xilas edə bilər və ya sağlamlığını qoruyar.

     Y.L. Osadcenko qeyd etdi ki , Ukrayna diasporası yuxarıda göstərilən kateqoriyadan olan ukraynalı şəxslərə yardım aksiyasını hələlik dayandırmır və bütün şəxsləri bu aksiyaya qoşulmağa dəvət edir.

    Ukraynaya yardımla bağlı suallara saat 10:00-dan 19:00-a qədər Azərbaycan Ukrayna Konqressinin mətbuat katibi Məlahət Eyyubovaya +994 55 455 02 05 nömrəsinə zəng vurmaqla müraciət etmək olar.

1 -dən səhifə 6

Biz sosial şəbəkələrdə